Futzal üzrə UEFA Kubokunun elit raundunun püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə dörd qrupa bölünmüş 16 komanda iştirak edəcək.
 
Azərbaycan çempionu “Araz” D qrupuna düşüb. “Sportinq” (Portuqaliya), “Qyor” (Macarıstan)  və “Eyndhoven” (Hollandiya) klubumuzun rəqibləri olacaq. Bu qrupun oyunları Portuqaliyada keçiriləcək.
 
Digər qrupların tərkibi isə belədi:
 
A qrupu: “Barselona” (İspaniya), “Xrudim” (Çexiya), “Tanqo Mureş” (Rumıniya), “Lokomotiv” (Ukrayna)
Qrupun oyunları Çexiyada keçiriləcək
 
B qrupu: “Dinamo” (Rusiya), Litiya (Sloveniya), Slov-Matik (Slovakiya), Ekonomaç (Serbiya).
Qrupun oyunları Sloveniyada keçiriləcək
 
C qrupu: Kayrat (Qazaxıstan), “VitEn” (Belarus), “Tanqo” (Bosniya və Herseqovina), “Tullar” (Qazaxstan)
Qrupun oyunları Qazaxıstanda keçiriləcək
 
Xatırladaq ki, elit raundun oyunları 19-24 noyabr aralığında baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp