“Qarabağ” Premyer Liqanın 2-ci dövrəsinin hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, 10-cu turda “Sumqayıt”ın qonağı olacaq komanda milli oyunlardan sonra nəhayət ki, tam heyətlə toplaşa bilib.
 
Azərbaycan, Albaniya və Gürcüstan millilərindən dönən futbolçuların qayıtmasıyla komanda tam heyətlə hazırlaşır. Sabah Qurban Qurbanovun yetirmələri sonuncu çalışmayla matç hazırlıqlarını tamamlayacaq.
 
Qeyd edək ki, “Sumqayıt”  – “Qarabağ” oyunu oktyabrın 20-də keçiriləcək və saat 16:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp