Sabah Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Rəvan”ı qəbul edəcək “Neftçi” bu gün oyun öncəsi son məşqinə çıxıb. Paytaxt klubunun baş məşqçisi funksiyasını yerinə yetirən Tərlan Əhmədov futbolinfo.az saytına açıqlamasında komandanın hazırlığından və son durumundan danışıb:
“Hazırda məşqə çıxmağa hazırlaşırıq. Komandada ab-hava yüksəkdi, güclü motivasiya var. Sabahkı oyunda qələbə qazanacağımıza əminəm. Düzdü, millidən gələn futbolçularda yorğunluq var. Amma biz hər oyuna yüksək əhval ruhiyədə çıxırıq. Bilirsiz ki, çempionluq üçün oynayırıq. Vacib xallar itirsək də, çempionat davam edir. Qarşımızda uzun marafon var. Qış fasiləsinə qədər vəziyyəti düzəltməyə çalışacağıq. İndi hər bir xal bizim üçün vacibdi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp