Bu gün keçirilmiş üç oyunla futbol üzrə Azərbaycan 1-ci Divizionunda 6-cı tura start verilib. Futbolinfo.az xəbər verir ki, doğma meydanda “Mil-Muğan”la qarşılaşan “Energetik” rəqibini məğlub edərək mövsümdə ilk qələbəsini qazanıb.
 
“Şahdağ” minimal hesabla “Turan-T” üzərində qələbə qazanıb. “Lokomotiv” isə “Şəmkir”i məğlub yola salıb.
 
1-ci Divizion
6-cı tur
18 oktyabr
 
Şahdağ – Turan-T – 1:0
Qol: Natiq Abbasov, 59.
 
Lokomotiv – Şəmkir – 2:0
Qollar: Tural Adıgözəlov, 46, Arif Vəliyev, 68.
 
Energetik – Mil-Muğan – 2:0
Qollar: Heydər Müslümzadə, 26, Ramil Nəsibov, 75.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp