Rusiya Futbol İttifaqının baş direktoru Andrey Sokolov dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Rusiya oyununda azərbaycanlı azarkeşlərin davranışı ilə bağlı şərh verib. Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“Əvvəlcə oyunqabağı və oyun ərzində baş verən hadisələrə seçmə mərhələni keçirən əlaqədar təşkilatın reaksiyasını bilmək lazımdı. Azərbaycan yığmasının azarkeşləri Rusiya himninə hörmətsiz münasibətlə yanaşı, Rusiya yığmasının futbolçusu Aleksandr Səmədova da eyni münasibəti göstəriblər. Görək FIFA Bakıdakı azarkeşlərin bu davranışına görə iş açacaqmı. Bundan sonra buna münasibət bildirəcəyik. Çox güman ki, onlar milli federasiyaları fikrini soruşacaqlar. Sadəcə gözləmək lazımdı”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp