Son zamanlar Berti Foqtsun futbol üzrə Azərbaycan milli komandasından gedəcəyi ilə bağlı xəbərlər səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, alman mütəxxəsisi bu postda kimin əvzələyəciyini hamı maraqla gözləyir.
 
Gündəmdə bir neçə məşqçinin adı çəkilsə də, onlar özləri bu barədə danışmaqdan çəkinirlər. Milli komandamızın bir çox üzvləri isə öz müsahibələrində Foqtsun qalmasının lehinə olduqlarını bildirirlər. DÇ-2014-ü ilin seçmə mərhələsində digər illərə nisbətən daha çox xal toplamağımız da alman məçqşinin qalmaq ehtimalını artırıb. Amma bu nəticənin 6 il ərzində əldə olunması heç də qənaətbəxş sayılmır.
 
Məhz bu üzdən ölkənin bir nömrəli komandasının baş məşqçi postuna gənc və prespektivli məşqçimiz Qurab Qurbanovun gətirilməsini arzulayanlar daha çoxdu. Bəs görəsən “Qarabağ”ın çalışdırıcısı özü millini çalışdırmağı arzulayırmı?

Ağdam klubunun çalışdırıcısı bu məsələ ilə bağlı qısa və lakonik danışıb: “Bilirsiz ki, mənim “Qarabağ”la may ayına qədər müqaviləm var. Həm də mənə belə bir təklif olmayıb. Hazırda yalnız “Qarabağ”ın uğurları barədə düşünürəm. Amma milliyə nə kömək lazım olsa, edə bilərəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp