Rusiyanın idman naziri Vitali Mutko ölkəsinin futbol üzrə yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla heç-heçəsindən (1:1) məyus olduğunu dilə gətirib. Futbolinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları söyləyib:
“Azərbaycanla heç-heçəyə görə bir qədər məyus oldum. Amma keçmiş SSRİ ölkələrinin komandaları ilə oyunlarımız heç vaxt asan keçmir. Baxmayaraq ki, Kerjakov ikinci qolu vursaydı, oyunu rahatca qələbə ilə başa vura bilərdik. Hər şeyə rəğmən, mən yığmamızın dünya çempionatına yollanacağına əmin idim. Elə də oldu”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp