Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə bu gün başa çatacaq. Futbolinfo.az xəbər verir ki, bu gün ölkə çempionatında 10-cu tura start veriləcək.
 
Qarşılaşmalar iki gün ərzində baş tutacaq. İlk oyun günündə üç görüş keçiriləcək.
 
Turun ilk oyunu “Bakcell Arena”da baş tutacaq. “Neftçi” digər paytaxt klubu “Rəvan”ı qəbul edəcək. Bu oyun hər iki komanda üçün prinsipial əhəmiyyət daşıyır. Belə ki, “ağ-qaralar” doğma azarkeşləri önündə  qələbə qazanacağı təqdirdə yenidən turnir cədvəlinin ilk pilləsinə yüksələcək. "Rəvan" məğlubiyyəti paytaxt təmsilçisinin "Əhmədov nağılı"na da son qoya bilər. Hər halda "Neftçi"nin öz meydanında Bayıl təmsilçisinə məğlubiyyəti bakılılar tərəfindən asan həzm edilməyəcək. Çempionata Ramil Əliyevlə başlayıb, Vladislav Qədirovla davam edən "Rəvan" Şahin Diniyevin başçılığı ilə ilk oyununa çıxacaq. Bu qarşılaşma komandasından çox Diniyev üçün xüsusi əhəmiyyət kəsb edir. Debüt oyunu olduğunu nəzərə alsaq, səfərdə "Neftçi" ilə qarşılaşmada xal qazanmaq Diniyevə rəhbərlik qarşısında böyük hörmət qazandıracaq. Digər bir amil isə Bayıl təmsilçisinin qara zolaqda olmasıdı. Autsayder "Sumqayıt"ı bir xal qabaqlayan "aslanlar" xal qazanacağı təqdirdə "Gənclik şəhəri" təmsilçisinin işini biraz da çətinləşdirəcək.
 
Növbəti oyun isə "Bayıl Arena"da keçiriləcək. Nominal meydan sahibi "Simurq" "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Turnir cədvəlində 3 xal fərqi ilə 6 və 8-ci pillələri bölüşən komandalardan kimin qələbə qazanacağı maraq doğurur. 9 oyuna 10 xalla autsayderlər qrupundan bir qədər uzaqlaşan Con Toşakın komandasının bütün gücünü meydanda qoymaması istisna edilmir. Məsələ burasındadı ki, bu oyundan 4 gün sonra "Neftçi" ilə Super Kubok matçı baş tutacaq. Lənkəran təmsilçisi böyük ehtimalla meydana yalnız məğlub olmamaq üçün çıxacaq. Bu oyunu maraqlı edən amillərdən biri isə lənkəranlıların şərəfini qoruyan Rasim Ramaldanovdu. Müdafiəçi bu turda keçmiş komandasına qarşı mübarizə aparacaq. 2012/13 mövsümündə Zaqatala təmsilçisinin uğurları üçün tər tökən Ramaldanov keçmiş komandasının məğlubiyyətinə sevinmək üçün çalışacaq.
 
Günün son oyunu isə "Şəfa" stadionunda baş tutacaq. "İnter" doğma divarlar arasında "Qəbələ"ni sınağa çəkəcək. 9 oyuna 10 xal toplayaraq postunu laxladan Kaxaber Sxadadzenin komandası öz meydanında 3 xal qazanmağa çalışacaq. Gürcü mütəxəssis qələbə qazanacağı təqdirdə turnir cədvəlinin orta pillələrində mövqeyini daha da möhkəmləndirəcək. "Qəbələ" isə səfərdə yalnız qələbə üçün meydana çıxacaq. Yuri Syominin komandası "Neftçi"nin evdə, "Qarabağ"ın səfərdə xal itirəcəyi halda 3 xal qazanarsa, yenidən ilk pilləyə sahib çıxa bilər. Bakı və Ağdam təmsilçisindən 2 xal fərqi ilə üçüncü pillədə yerləşən qəbələlilər bunun üçün Bakıda yalnız qələbə üçün meydana çıxacaqlar.
 
Topaz Premyer Liqası
10-cu tur
19 oktyabr (şənbə)
 
16:00. Neftçi – Rəvan
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elman Musayev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor:Murad Məmmədov.
Bakı. “Bakcell Arena” stadionu.
 
17:00. Simurq – Xəzər Lənkəran
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bayıl Arena” stadionu.
 
19:00. İnter – Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Şəfa” stadionu.
 
1
Qarabağ
9
5
3
1
14
4
10
18
2
Neftçi
9
5
3
1
12
6
6
18
3
Qəbələ
9
5
1
3
14
9
5
16
4
AZAL
9
4
2
3
9
11
-2
14
5
Bakı
9
4
1
4
16
10
6
13
6
Simurq
9
3
4
2
8
7
1
13
7
İnter
9
3
1
5
16
15
1
10
8
XL
9
2
4
3
7
9
-2
10
9
Rəvan
9
1
3
5
4
19
-15
6
10
Sumqayıt
9
1
2
6
5
15
-10
5
 
Bombardirlər:
5 – Mindauqas Kalonas (Bakı)
4 – Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp