Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Rusiya ilə oyunun hazırlıqlarını davam etdirir. Millimiz ötən gün İsmət Qayıbov adına Suraxanı qəsəbə stadionunda növbəti məşqə çıxıb.
 
Berti Foqtsun yetirmələri məşqə 40 dəqiqəlik gecikmə ilə gəliblər. Hazırlıq prosesində komandamızın bütün üzvləri iştirak ediblər. Hətta sarı vərəqə limitinə görə Rusiya ilə oyunda iştirak edə bilməyəcək Rasim Ramaldanov da komanda yoldaşları ilə birgə məşq edib.
Shares: