İspaniyanın “Barselona” klubunun lideri Lionel Messi zədəsini tam bərpa edib. Futbolinfo.az xəbər verir ki, argentinalı forvard La Liqanın növbəti turu çərçivəsində "Osasuna"ya qarşı baş tutacaq matçda meydana çıxa biləcək.
 
Bu haqda futbolçunun özü "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində xəbər yayıb.
 
Xatırladaq ki, Messi La Liqanın 7-ci turu çərçivəsində "Almeriya"ya qarşı baş tutan görüşdə zədələnərək, meydanı tərk etmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp