Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Roy Hocson komandasının gələn il Braziliyada keçiriləcək dünya çempionatındakı şansları haqda danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis azarkeşlərin millidən böyük bir uğur gözləməsinin düzgün olmadığını deyib.
 
O, komandasını dünya çempionatının favoritlərindən hesab etmədiyini bildirib: "Cənubi Amerikada daha əvvəl oynanılan çempionatlarda Avropa yığmasının birinci olmadığı bir reallıqdı. Bu səbəbdən Avropa komandaları bu statistikanı bilərək Braziliyaya gedəcəklər. Sözün düzü, mən favorit olduğumuzu düşünmürəm. Dünya çempionatını hər zaman yaxşı millilər qazanır".
 
Qeyd edək ki, İngiltərə yığması tarixi ərzində bir dəfə dünya çempionluğu yaşayıb ki, bu da 1966-cı ilə təsadüf edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp