Futbol üzrə İspaniya millisinin və "Real"ın qapıçısı İker Kasilyas kələcək karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan 32 yaşlı qolkiper son bir ildə Madrid təmsilçisində ona şans verilməməsini dəyərləndirib.
 
Kasilyas "Kral klubu"ndan ayrıla biləcəyini deyib: "Mənə həmişə bu sualı verirlər. İndi deyil, amma növbəti 3 ayda hər hansı bir dəyişiklik olmasa, ayrılmağı düşünə bilərəm. Əgər iyulda ayrılmaq istəsəydim, bunu klub prezidentimizə deyərdim. Amma çoxdandı formasını geydiyim komandanın bir parçası olmağa qərar verdim".
 
Digər tərəfdən, İspaniya mətbuatının yazdığına görə, hazırda baş məşqçisi Karlo Ançelottinin qərarı ilə sadəcə, Çempionlar Liqası və Kral Kubokunda forma geyən Kasilyas növbəti mövsüm Fransanın PSJ klubuna transfer olunacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp