Oktyabrın 23-də “Xəzər Lənkəran” və “Neftçi” futbol komandaları arasında keçiriləcək Azərbaycan Superkuboku uğrunda matçın biletləri Naxçıvana göndərilib. Futbolinfo.az xəbər verir ki, bu oyun üçün satışa 11 min bilet çıxarılıb.
 
Onların hamısına 1 manat qiymət qoyulub. Superkubok isə Naxçıvana matçdan bir gün öncə aparılacaq. Həmin gün “kiçik torpağ”a PFL prezidenti Ramin Musayev də yollanacaq.
 
Qeyd edək ki, Naxçıvan şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 15:00-da başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp