Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona sabiq klubu "Napoli" ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan Maradona hazırkı baş məşqçisi Rafael Benites getdikdən sonra İtaliya təmsilçisini çalışdırmaq istədiyini bildirib:
 
"Benites vəzifəsindən ayrıldıqdan sonra "Napoli"ni çalışdırmaq istəyirəm. Bu, mənim arzumdu. Niyə də işləməyim? Mən İspaniya, İtaliya, İngiltərə, hətta Rusiyada komanda çalışdıra bilərəm".
 
Qeyd edək ki, Maradona 1984-1991-ci illərdə futbolçu olaraq "Napoli"də çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp