"Atletiko Mineyro"nun şərəfini qoruyan Ronaldinyo bir müddət futboldan uzaq qalmalı olacaq. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbolçunun sağ baldırında 3-cü dərəcəli yırtıq müəyyən olunub.
 
Futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Bu səbəbdən Ronaldinyonun uzun bir hazırlıq prosesi keçməsi lazımdı. Bu haqda klubun həkimi Lasmar Braziliya mətbuatına açıqlama verib:
 
"Sağ baldırında 3-cü dərəcəli yırtıq var və müalicəyə başlamışıq. Qarşıdakı 10 gün içərisində məşqlərə başlaya bilər. Ancaq görünüşə aldanmaq olmaz. Tibb işçilərinin nəzarəti ilə uzun bir hazırlıq prosesi keçməlidi. Ən yaxşı halda gələn ilin ilk aylarında əvvəlki vəziyyətinə qayıda bilər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp