Oktyabrın 18-də Monakonun “Hotel de Paris” otelində "Monako" klubunun kolumbiyalı ulduzu Radomel Falkao “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovla görüşüb. Futbolinfo.az xəbər verir ki, dünya şöhrətli forvard bu görüşə gənc ailəsi və 2 aylıq körpəsi ilə gəlib.
 
Falkao Hafiz Məmmədovla dostluq münasibətlərinə xüsusi qiymət verdiyini bildirib və "Atletiko"nun qazandıqları uğurlarda Məmmədovun xüsusi payının olduğunu diqqətə çatdırıb. "Monako"nun ulduzu Bakıda keçirdikləri 2 günü, uşaqlara öyrətdikləri “master-klass”ı, qala-gecəni, xüsusilə, Azərbaycan prezidenti İlham Əliyevlə ünsiyyəti daim xoş xatirə ilə yada saldığını bildirib. Görüşün sonunda Radomel Falkao "Monako"nun formasını Hafiz Məmmədova hədiyyə edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp