“Bakı” sabah Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində evdə AZAL-ı qəbul edəcək. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, “zolaqlılar” bu gün oyunöncəsi son məşqini keçirib.
 
Səhər saat 11:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Daha sonra futbolçular düzülmüş maneələr üzrə müxtəlif isinmə hərəkətlərini yerinə yetirib. Ardından 3 qrupa bölünən komanda üzvləri “kvadrat” oynayıb. Növbəti tapşırıq isə qısa məsafələrə sürətli qaçışdan ibarət olub. Sonda Milinko Pantiç yetirmələrinə standart vəziyyətlər üzərində çalışmaq göstərişi verib.
 
Zədəli olan Kamran Ağayev, Şəhriyar Əliyev, Mario Rubio, Elvin Əliyev məşqdə iştirak etməyib. Ruben Qonsales isə komandadan ayrı çalışıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp