“Neftçi”nin 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komandası Rusiyanın Soçi şəhərində keçirilən “Dəri top” beynəlxalq turnirində iştirak edir. Azerisport.az xəbər verir ki, B qrupunda mübarizə aparan yeniyetmələrimiz yarışda 4 oyun keçirib.
 
“Uz Donq Ju” (Özbəkistan) ilə heç-heçə (1:1) oynayan baş məşqçi Eldəniz Məmmədovun yeirmələri 3 görüşdə (“Pişevik” Alaniya 1:0, İR Cənubi Osetiya 2:1, “Kaspiy” Qazaxıstan 4:0) qələbə qazanmaqla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Neftçi” qrupda “Briqantina” (Pskov) ilə keçirəcəyi son oyununda qalib gəlsə, final qarşılaşmasına vəsiqə qazanacaq. Yeniyetmələrimizin heyətində ən çox qol vuran futbolçu Hüseyn Hüseynzadədi. Onun hesabında 3 qol var.
 
Qeyd edək ki, 6 komandanın yer aldığı A qrupunda “Berd” (Çeçenistan), “Daqomıs” (Soçi), “Kremen” (Ukrayna), “Nard” (Abxaziya), “Zarya” (Moldova) və “Slutsksaxar” (Belarus) çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp