Məlum olduğu kimi, bu dəqiqələrdə “Bakcell Arena”da Topaz Premyer Liqasının 10-cu turunun “Neftçi” – “Rəvan” qarşılaşması keçirilir. Futbolinfo.az xəbər verir ki, istirahət günü olmasına baxmayaraq, bu qarşılaşmanı izləməyə elə də çox azarkeş gəlməyib.
 
Qarşılaşmanı canlı izləmək istəyən azsaylı azarkeşlər isə stadiona buraxılarkən maraqlı mənzərə ilə üzləşiblər. Belə ki, arenanın təhlükəsizlik xidmətinin işçiləri gələn bütün fanatlardan alışqanları içəri keçirməməyi tələb ediblər. Onlar siqaret istifadəçisi olan azarkeşlərdən yalnız kibritdən istifadə etməyin mümkün olduğunu bildiriblər və alışqanları müsadirə ediblər.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp