“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 10-cu turunun AZAL-la oyunu öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis klub saytına açıqlamasında bunları söyləyib:
 
“Ağır görüş olacağı dəqiqdi. Çünki AZAL 1 xal bizdən çox toplamaqla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Görünür, nəsə var ki, onlar bizdən öndədi. Belədə hansı rahat qarşılaşmadan danışmaq olar?! Təəssüf ki, yığmadan qayıdan Kamran Ağayev və Şəhriyar Əliyevin xidmətindən istifadə edə bilməyəcəm. Amma bu bizi ruhdan salmamalıdı. Kim meydana çıxırsa, o da öz vəzifəsini dəqiq anlamalıdı. Çempionatın əvvəlində AZAL-a yenildik. Belədə rəqibdən idman revanşı almaq istəyirik. Əlbəttə, Kamranın yoxluğu bizim üçün böyük itkidi. Qərara gəldik ki, o yenidən cərrahi əməliyyata məruz qalsın. Lakin heyətdə 3 güclü qapıçımız var. Sabah kimə güvənəcəyimi hələ müəyyənləşdirməmişəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp