Topaz Premyer Liqasının 10-cu turunun bu dəqiqələrdə keçirilən “Simurq” – “Xəzər Lənkəran” matçını digər klubların da nümayəndələri izləyirlər. Futbolinfo.az xəbər verir ki, onların arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da var.
Bu, heç də təsadüfi deyil. Çünki növbəti – 11-ci turda Ağdam klubunu “Xəzər Lənkəran”la səfər oyunu gözləyir.
Bu turda isə “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunda sabah keçiriləcək görüş saat 16:00-da start götürəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp