“Rəvan”ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Neftçi” ilə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Cəmi bir həftə idi birgə hazırlaşırdıq. Bu üzdən çatışmazlıqlar qalmaqdadı. Komandam yalnız ilk 45 dəqiqədə öz oyununu göstərə bildi. İkinci hissədə isə “Neftçi” tam üstünlüyü ələ aldı. Bizə 90 dəqiqə öz oyunumuzu göstərmək üçün hələ vaxt lazımdı. Gələn oyunda 60 dəqiqə, növbəti matçda 70 dəqiqə. Yalnız bu minvalla istəyimizə çata bilərik. Komanda hələ mənim oyun fəlsəfəmə uyğunlaşmayıb. Mən oyun fəlsəfəmi bütün futbolçulara aşılayandan sonra onlardan daha yaxşı oyun gözləyə bilərəm. “Neftçi” layiqli qələbə qazandı. Rəqib komandanı təbrik edirəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp