“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Oyun qarşılıqlı hücumlarla keçdi. İlk hissənin başlanğıcında qol vurduq, fasiləyə üstün getdik. İkinci hissədə isə oyunçumuz zədəli olan vaxt qapımızdan qol buraxdıq. Artıq 3-cü turdu ki, oyunçumuz qırmızı vərəqə alır, azlıqda qalırıq. Qırmızı vərəqədən sonra bizə oynamaq çətin olsa da, hücumlarımızı davam etdirdik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp