“Hamı deyirdi ki, Şahin Diniyevin işləməsinə mən imkan vermirəm. Amma Şahin müəllim özü də belə olmadığını bilirdi, təsdiq edə bilər. Diniyev “Rəvan” komandasına baş məşqçi təyin olunanda sevindim, hətta klub rəhbərliyinə zəng vurub dedim ki, istədiyinizə nail oldunuz”. Bu sözləri Futbolinfo.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
 
PFL rəhbəri “Rəvan”ın avrokuboklarda çıxış edəcəyinə əmindi: “Gələn mövsüm Diniyevə istədiyi şərait yaradılsa, “Rəvan” Avropa Liqasına vəsiqə qazanacaq. Diniyev bunu bacarmasa, demək mən futbolu bilmirəm. Şahin müəllim yoxdan varlıq yaradır. İndi də elita klublarında işləməyə layiq olan yerli məşqçilərimiz çoxdu. Ad çəkməyəcəm, çünki kimisə yaddan çıxararam, məndən inciyər. Təkcə Ağasəlim Mircavadovu xüsusi qeyd edəcəm. O qədər uğuru olan məşqçinin ən azı məsləhətinə, ağsaqqal sözünə ehtiyacı olan klublarımız var, amma dəvət etmirlər”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp