Türkiyənin “Dənizlispor” klubunda top qovan həmyerlimiz Arif İsayev komandada baş verən dəyişiklilərlə bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komandada ab-hava normaldı. Bizdə rəhbərlik və baş məşqçi dəyişikliyi oldu. Bundan sonra komandanı türk futbolunun əfsanələrindən olan Yusuf Şimşək idarə edəcək. Onun başçılığı altında hələ ki, 1 oyuna çıxmışıq. “Adanaspor”la 0:0 bərabrə qaldıq. Yaxşı oyun keçirdik. Fikrimcə, komanda yeni baş məşqçinin gəlişindən sonra daha yaxşı oyun sərgiləyəcək. Artıq klub daxilində atmosfer dəyişib. Maddi tərəfdən də irəliləyiş var. Yusuf Şimşək ilk matçda mənə etimad göstərdi və 87 dəqiqə meydanda oldum. Fikrimcə, bu mövsümdəki ən istəkli oyunum idi. Lakin oyundan sonra ağrılarım oldu və həkim müayinəsindən sonra 1-2 həftə yaşıl meydandan kənarda qalacağım müəyyənləşdi”.
Shares: