Sabah Azərbaycan Super Kubokunun oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşması üçün stadionda hazırlıq işləri davam edir.
 
Dünən Muxtar Respublikaya səfər edən Lənkəran təmsilçisi artıq Naxçıvan stadionunda məşqə çıxıb. Bu gün səhər Naxçıvana çatan "Neftçi" isə Tərlan Əhmədovun başçılığı altında günorta saatlarında məşq keçəcək.
 
Peşəkar Futbol Liqasının nümayəndələrinin bir qismi də artıq həmin bölgədədi. Günortadan sonra qurum nümayəndələrinin stadionda açılış mərasimi üçün hazırlığı planlaşdırılıb. Oyun zamanı stadionda təhlükəsizliyin ən yüksək səviyyədə təşkili istiqamətində də tədbirlər görülür.
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Shares: