Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 10-cu turunun, eləcə də Birinci Divizionun 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Əvəzedicilərin çempionatının “Bakı” –  AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
Azərbaycan Birinci Divizionunun 6-cı turunun “Energetik” – “Mil-Muğan” matçında “Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Lokomotiv” – “Şəmkir” oyununun 60-cı dəqiqəsində “Şəmkir”in futbolçusu Asif Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 62-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Ramil Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Tural Adıgözəlov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Kəpəz” – “Araz Naxçıvan” matçında “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Bakılı” – “Qaradağ Lökbatan” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Taleh Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman ehtiyat hakimin əyləşdiyi yerin şuşəsini və soyunub-geyinmə otağının qapısını sındırdığı üçün 3 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Dəymiş ziyana əsasən “Qaradağ Lökbatan” klubu stadionun rəhbərliyinin təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etməlidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp