Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 11-ci turun oyun cədvəli və hakim təyinatları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, növbəti turun oyunları 24-26 oktyabr aralığında keçiriləcək.
 
11-ci turun oyun proqramı və təyinatları ilə sizi də tanış edirik:
 
Əvəzedicilərin çempionatı
11-ci tur
24 oktyabr (cümə axşamı)
 
“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Tahir Əhmədov, Eyyub İbrahimov, Rəvan Həmzəzadə, Rəşadət Cəfərov
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 15:00
 
“Rəvan” – “Bakı”
Hakimlər: Emin Nağıbəyov, Coşqun Həsənov, Samir Hacıyev, Namiq Süleymanov
“Bayıl Arena” stadionu, 15:00
 
25 oktyabr (cümə)
 
AZAL – “İnter”
Hakimlər: Yusif Hüseynov, Rasim Əhmədov, Zöhrab Abbasov, Anar Fərəcov
AZAL Arena stadionu, 14:00
 
26 oktyabr (şənbə)
 
“Xəzər Lənkəran” – “Qarabağ”
Hakimlər: Teymur Fərhadov, Hüseyn Əsgərov, Elvin Ağayev, Qorxmaz Eldarov
Lənkəran şəhər stadionu, ehtiyat meydança, 15:00
 
“Simurq” – “Neftçi”
Hakimlər: Ramil Əhmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Nail Nağıyev
“Şəfa” stadionu, 16:00
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp