Sabah Azərbaycan Super Kuboku uğrunda Naxçıvanda “Neftçi”ilə qarşılaşacaq “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxıb. Futbolinfo.az klub saytına istinadən xəbər verir ki, sözügedən komanda saat 10:30-da matçın keçiriləcəyi arenada məşqə start verib.
 
Futbolçular saat yarım ərzində taktiki çalışmaları yerinə yetiriblər. Komandada Junior Nildo istisna olmaqla başqa zədəli futbolçu yoxdu.
 
“Xəzər Lənkəran” hazırda məskunlaşdığı “Duzdağ” otelində oyun saatını gözləyir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp