Futbol üzrə dünya çempionatının 100 illiyinə həsr olunmuş filmin çəkilişləri Azərbaycanda da aparılır. Futbolinfo.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Fransa şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FIFA dünya çempionatının 100 illiyinə həsr olunmuş "F2014" adlı film çəkilir.
 
Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrə ilə yanaşı, Azərbaycanda da aparılır. Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir.
 
Filmdə Beynəlxalq Futbol Federasiyasının prezidenti Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye canlandırır.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp