Sabah Azərbaycan Super Kuboku uğrunda "Xəzər Lənkəran" "Neftçi" ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Naxçıvanda oyuna maraq həddindən artıq çoxdu.
 
Belə ki, klub azarkeşlərindən başqa digər bölgələrdən də Muxtar Respublikaya səfər edənlər var. Oyun üçün ayrılmış biletlərin hamısı satılıb.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı sabah İbrahimxəlil Axundlu adına Naxçıvan şəhər stadionunda keçiriləcək. Bu stadion 11 800 azarkeş tutuma malikdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp