Sabah Naxçıvanda "Xəzər Lənkəran"la "Neftçi" arasında Super Kubok matçı keçiriləcək. Futbolinfo.az xəbər verir ki, Muxtar Respublikada olan hər iki komanda dostluq mesajı verib.
 
Belə ki, “Xəzər Lənkəran” və “Neftçi”nin məşqçi, futbolçu və rəhbər heyətləri Heydər Əliyev muzeyini ziyarət etmiş, ulu öndərin büstü önündə xatirə şəkli çəkdirmişdi.
 
Günün sonunda isə daha bir dostluq mesajının veriləcəyi gözlənilir. Hər iki klub rəsmiləri və PFL prezidenti Ramin Musayev şam yeməyində bir araya gələcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp