Türkiyə PTT 1-ci Liqasında çıxış edən “Dənizlispor”un azərbaycanlı futbolçusu Saşa Yunisoğlunun dünən “Mersin İdmanyurdu”na qarşı oyunda zədə aldığı haqda xəbər vermişdik. Onun zədəsinin nə dərəcədə ciddi olduğuna isə həkimlər sabah diaqnoz qoyacaq.
 
Bu barədə futbolinfo.az saytına müdafiəçinin özü verib: “Zədəmin ciddi olub-olmadığını sabah həkimlər deyəcəklər. İndi yoldayıq. Mersindən Dənizliyə qayıdırıq. Düşünürəm ki, ciddi bir şey yoxdu. Oyunda arxa əzələmdə ağrı hiss etdim. İndi isə dünənkinə nisbətən yaxşıyam”.
 
RÖYA KƏRİMLİ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp