“Neftçi”nin Azərbaycan Super Kuboku uğrunda “Xəzər Lənkəran” klubu ilə keçirəcəyi oyundan bir gün öncə hər iki komandanın üzvləri Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Futbolinfo.az xəbər verir ki, mərasimdə “Neftçi”nin prezidenti Sadıq Sadıqov başda olmaqla komandanın Naxçıvan şəhərinə ezam olunmuş bütün üzvləri iştirak edib.
 
Ziyarətə PFL prezidenti Ramin Musayev və adı çəkilən qurumun nümayəndələri, eləcə də “Xəzər Lənkəran” klubunun rəhbərliyi və futbolçuları da qatılıblar. Futbolçular Ümummilli Liderin abidəsi önünə əklil qoyublar. Ziyarətin sonunda hər iki komanda birgə xatirə şəkli çəkdirib. (Neftçi)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp