Dortmund “Borussiyası”nın futbolçusu İlkay Gündoğan mövsümün sonunda “Real”a keçə bilər. Futbolinfo.az xəbər verir ki, madridlilər artıq futbolçunun transferi üçün 20 milyon avro ödəməyə hazır olduğunu bildirib.
 
“Kral Klubu”nun təklifinə əsasən, İlkayın keçidi qarşılığında Nuri Şahinin tam hüquqla “Borussiya”ya verilməsi də nəzərdə tutulub.
 
Xatırladaq ki, müqavilə əsasında “Real”ın oyunçusu olan Şahin sabiq klubu “Borussiya”da icarə əsasında çıxış edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp