İngiltərə Futbol Federsiyası (İFF) "Çelsi"nin baş məşqçisi Joze Mourinyonu cəzalandırıb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin cəzalanmasına səbəb Premyer Liqanın 8-ci turu çərçivəsində "Kardiff"lə matçda özünü pis aparmasıdı.
 
Belə ki, həmin oyunda çalışdırıcı hakimin qərarına qarşı çıxdığı üçün tribunaya göndərilmişdi. Mou növbəti turda "Mançester Siti"yə qarşı önəmli matçı tribunadan izləyəcək.
 
Qeyd edək ki, çalışdırıcının oktyabrın 24-ə qədər qərara etiraz etmək hüququ var.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp