İtaliya A Seriyasında daha bir məşqçi istefası gerçəkləşib. Futbolinfo.az xəbər verir ki, “Kataniya”nın çalışdırıcısı Rolanda Maran komandadan qovulub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Kataniya"nın yeni baş məşqçisinin də adı müəyylənləşib. Bundan sonra klubu Luici di Kanionun çalışdıracağı bildirilir.
 
Qeyd edək ki, komanda bu mövsüm geridə qalan 8 turda cəmi bir oyunda qələbə qazana bilib.
 
Bununla da A seriyasında artıq üçüncü baş məşqçi istefası yaşanıb. Mövsüm ərzində daha öncə "Kalyari" və "Cenoa"nın baş məşqçiləri istefa vermişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp