İtaliya A Seriyasının son turunda "Napoli" ilə oyunda dizindən zədələnən "Roma"nın kapitanı Fransesko Tottinin son durumuna aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, 37 yaşlı futbolçunun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.
 
Komandanın həkimləri Tottinin yaxın 10 gün ərzində yüngül məşqlərə belə qatıla bilməyəcəyini bildirib.
 
Qeyd edək ki, 1992-ci ildən "Roma"nın şərəfini qoruyan Totti bu il komandası ilə müqaviləsini 2016-cı ilə qədər uzadıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp