Hazırda bundesliqada 23 xalla birinci pillədə olan "Bavariya" özünə məxsus olan rekordunu yeniləyib. Futbolinfo.az xəbər verir ki, çempionatda "Maynts"a 4:1 hesabı ilə qalib gələn Münhen təmsilçisi bu qələbə ilə məğlubiyyətsizlik seriyasını 34-yə yüksəldib.
 
Klub bundan sonrakı 3 oyunu da məğlub olmadan bitirsə, bundesliqa tarixi ərzində 36 matçlıq məğlubiyyətsizlik rekorduna sahib olan "Hamburq"un göstəricisini geridə qoyacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp