Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari komandasının gələn il keçiriləcək dünya çempionatındakı şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis mundialda komandasını yalnız çempionluğun qane edəcəyini bildirib:
 
“Bilmirəm, Braziliya dünya çempionatının favoritidi, ya yox, ancaq biz yalnız qələbəyə oynayacağıq. Rəqiblərimiz? Roy Hocson İngiltərə millisində yaxşı işlər görür. Hollandiyanın çoxlu texnikalı futbolçuları var. Kolumbiya yığması son 50 ilinin ən yaxşı dövrünü yaşayır. Bizim başqa yolumuz yoxdu. Futbolçulardan soruşsanız, heç biri ikinci yerlə razılaşmayacaq. Bizi yalnız çempionluq qane edəcək”.
 
Məlumatınız olsun ki, mundial Braziliyada baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp