AZAL-ın hücumçusu Yuri Fomenkonun futbolinfo.az saytına müsahibəsi
 
– Yayda “İnter”i tərk edib "Bakı"nın düşərgəsinə yollandınız. Hətta bir neçə yoldaşlıq görüşündə meydana da çıxmışdınız. Son anda “zolaqlılar”dan ayrılmağınıza nə səbəb oldu?
– “Bakı” ilə müqavilə də imzalamışdıq. Lakin sonradan qarşılıqlı razılaşma əsasında ləğv etdik.
 
– Səbəb nə idi? Sizi bəyənmədilər, yoxsa özünüz qalmaq istəmədiniz?
– Hər ikimiz istəmədik. Bilmirəm necə deyim. Futbolda olur belə şeylər.
 
– Bəlkə maliyyə məsələsində razılığa gələ bilmədiniz?
– Yox problem maliyyə məsələsində deyildi. Yəqin bəyənmədilər.
 
– “Kəpəz”də bombardir olmusuz. Amma Gəncə klubundan sonra nə “İnter”də özünüzü yaxşı tərəfdən göstərə bildiniz, nə də indiki komandandanızda. AZAL-da start heyətə düşə bilməməyiniz nə ilə bağlıdı?
– Mən zədəli idim. İndi tədricən formamı bərpa edirəm. Belə demək mümkünsə, yenicə özümə gəlməyə başlamışam.
 
– Premyer Liqanın son turunda sizi bəyənməyən “Bakı”ya qol vurdunuz. Bunu onlara cavabınız saymaq olarmı?
– Deməzdim ki, mən bu klubu cəzalandırdım və ya qisas aldım. Mənim işim meydana çıxıb qol vurmaqdı. Rəqibin kimliyindən asılı olmayaraq, hər oyunda qol vurmaq istəyirəm. “Bakı” ilə oyun da istisna təşkil etmədi.
 
– Mövsümün sonunadək AZAL-da qalmaq fikriniz var?
– Klubla müqaviləmin müddəti may ayında bitir. Düzü, sabah nə olacaq, bilmirəm (gülür). İndidən nəisə demək tezdi. Futbolçu həyatı elədi ki, bu gün burdasan, sabah başqa yerdə ola bilərsən. Hər şey mümkündü.
 
– Ümumiyyətlə, AZAL-da özünü necə hiss edirsiz?
– Yaxşı. Futbolçularla və məşqçilərlə müansibətim yaxşıdı. Hər şey normaldı. Pis heç nə deyə bilmərəm.
 
– Vaqif Sadqovla çalışmaq necədi?
– Yaxşı insan və yaxşı məşqçidi. Münasibətlərimiz isə sırf iş münasibətidi.
 
– Azərbaycan yığmasının oyunlarını izləyirsiz?
– Son oyunları izləmişəm və deyə bilərəm ki, komandanız pis təsir bağışlamadı. Əvvəlki illərə nisbətən daha yaxşı nəticə qazandılar. Hiss olunur ki, komandada ildən-ilə inkişaf var.
 
– Azərbaycanda kiminlə yaşayırsız?
– Hələ ki, təkəm.
 
– Ailəli deyilsiz?
– Xeyr. Görüşdüyüm xanım var. Ola bilsin ki, onu da yanıma gətirim.
 
KƏMALƏ İSMAYILOVA

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp