Roberto Mançini “Qalatasaray”ın baş məşqçi postuna gələr-gəlməz bir sıra tanınan futbolçuların Turkiyəyə yollanacağı haqda xəbərlər geniş vüsət aldı. Azerisport.az xəbər verir ki, qardaş ölkə mətbuatına inansaq, italyan çalışdırıcı əvvəllər işlədiyi İngiltərədən 2 futbolçunu “Cim-Bom”a gətirmək niyyətindədi.
 
49 yaşlı italiyalı mütəxəssis qış “transfer pəncərəsi”ndə ilk olaraq “Mançester Yunayted”də forma geyən Luis Antonio Valensiyanı, eləcə də “Mançester Siti”də rəhbərliyi altında oynamış Aleksandar Kolarovu yanına gətirmək istəyir. “Qalatasaray” 28 yaşlı ekvadorlu yarımmüdafiəçiyə görə “qırmızı şeytanlar”a 10 milyon avro təklif edəcək. 27 yaşlı serb müdafiəçinin İstanbula gətirilməsi üçün isə 7,5 milyon avro lazımdı.
Shares: