Türkiyənin qalmaqallı məşqçilərindən olan Yılmaz Vural özünə yeni iş yeri tapmağa yaxındı. Futbolinfo.az xəbər verir ki, onun "Gənclərbirliyi"ni çalışdırmaq ehtimalı yüksəkdi.
 
Belə ki, Metin Diyadinin vəzifəsinə son verilməsindən sonra paytaxt klubunun prezidenti İlhan Cavcav komandasına məhz Vuralı gətirmək arzusuna düşüb. Hazırda təcrübəli mütəxəssislə danışıqlar gedir. Vuralla ortaq məxrəcə gəlmək mümkün olmasa, Cavcav ötən mövsüm “Antalyaspor”u çalışdırmış Mehmet Özdileklə danışıqlara başlayacaq.
 
Xatırladaq ki, Vuralın son iş yeri "Elazığspor" olub. Onun adı ötən həftələrdə Azərbaycan yığması ilə birgə də hallanırdı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp