Bu gün futbol üzrə Azərbaycan Super Kubokunun qalibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, qənimət uğrunda “Neftçi” və “Xəzər Lənkəran” mübarizə aparıb.
 
Uzun illərdən sonra yenidən bərpa olunan Super Kubok uğrundakı oyuna maraq böyük idi. Çünki həlledici görüş iki barışmaz rəqib arasında baş tutdu. 
 
Qarşılaşma isə cənub təmsilçisinin çətin qələbəsiylə başa çatıb.
 
Azərbaycan Super Kuboku
23 oktyabr (çərşənbə)
 
Xəzər Lənkəran – Neftçi – 2:1 (1:0)
Qollar: E.Mbilla, 27 (1:0), K.Kardoso, 68 (1:1), R.Ramaldanov, 89 (2:1)
Qırmızı vərəqə: S.Tounkara, 64 (ikinci sarı vərəqə).
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Naxçıvan. İbrahimxəlil Axundlu adına stadion.
 
XƏZƏR LƏNKƏRAN: 33. Duqlas Leyte, 3. Vanderson Skardueli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (8. Edu Oriol, 89), 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla, 27. Adrian Skarlatake, 55. Ağabala Ramazanov (42. Kamran Abdullazadə, 72).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Edu Oriol, 18. Tural Cəlilov, 21. Radomir Todorov, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso (11. Melvin Platye, 80), 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 14. Bahodir Nasimov (90. Ernest Nfor, 61), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 56), 22. Mahir Şükürov.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 32. Elvin Yunuszadə.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp