Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun gününə 8 qarşılaşma baş tutub.
 
E qrupunun lideri “Şalke” evdə “Çelsi”ni qəbul edib. İngiltərə klubu səfərdə oynamasına baxmayaraq, inamlı qələbəyə sevinib. Qrupun digər oyununda “Styaua” evdə “Bazel”i sınağa çəkib. Bu görüşdə isə sülh qeydə alınıb.
 
F qrupunun liderləri “Arsenal” və “Borussiya” (Dortmund) Londonda üz-üzə gəliblər. Bu görüşdə qonaq komanda qalib gəlib. Digər oyunda isə Marsel “Olimpik”i evdə “Napoli”yə məğlub olub.
 
G qrupunda “Land of Fire Azerbaijan” formalı “Atletiko” (Madrid) klubu səfərdə “Avstriya”nın qonağı olub. İspaniya təmsilçisi darmadağınla qalib gəlib. Digər görüşdə “Porto” öz meydanında “Zenit”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də qonaq komanda qələbəni bayram edən tərəf olub.
 
H qrupunda “Milan” klubu “Barselona” ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 xalla tərk ediblər. Qrupun digər oyununda isə “Seltik” “Ayaks”ı məğlub yola salıb.
 
Çempionlar Liqası
Qrup mərhələsi
22 oktyabr
 
E qrupu
 
Styaua (Rumıniya) – Bazel (İsveçrə) – 1:1
Qollar: Tatu, 88 – Marselo Dias, 48.
 
Şalke (Almaniya) – Çelsi (İngiltərə) – 0:3
Qollar: Fernando Torres, 5; 69, Eden Hazard, 88.
 
1 Çelsi 3 2 0 1 8 2 6 6
2 Şalke 3 2 0 1 4 3 1 6
3 Bazel 3 1 1 1 3 3 0 4
4 Styaua 3 0 1 2 1 8 -7 1
 
F qrupu
 
Olimpik (Marsel, Fransa) – Napoli (İtaliya) – 1:2
Qollar: Ayev, 86 – Kallexon, 42, Zapata, 67.
 
Arsenal (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) – 1:2
Qollar: Jiru, 41 – Mxitaryan, 16, Levandovski, 82.
 
  1 Borussiya D 3 2 0 1 6 3 3 6
  2 Arsenal 3 2 0 1 5 3 2 6
  3 Napoli 3 2 0 1 4 4 0 6
  4 Olimpik M 3 0 0 3 2 7 -5 0
 
G qrupu
 
Avstriya (Avstriya) – Atletiko (İspaniya) – 0:3
Qollar: Raul Qarsiya, 7, Dieqo Kosta, 20; 53.
 
Porto (Portuqaliya) – Zenit (Rusiya) – 0:1
Qol: Kerjakov, 86.
 
1 Atletiko 3 3 0 0 8 2 6 9
2 Zenit 3 1 1 1 2 3 -1 4
3 Portu 3 1 0 2 2 3 -1 3
4 Avstriya 3 0 1 2 0 4 -4 1
 
H qrupu
 
Seltik (Şotlandiya) – Ayaks (Hollandiya)  – 2:1
Qollar: Forrest, 45-pen, Kayal, 54 – Şone, 90+2.
 
Milan (İtaliya) – Barselona (İspaniya) – 1:1
Qollar: Robinyo, 9 – Messi, 23.
 
1 Barselona 3 2 1 0 6 1 5 7
2 Milan 3 1 2 0 4 2 2 5
3 Seltik 3 1 0 2 2 4 -2 3
4 Ayaks 3 0 1 2 2 7 -5 1
 
Qeyd edək ki, 3-cü turun oyunlarına bu gün keçiriləcək aşağıdakı 8 qarşılaşma ilə yekun vurulacaq.
 
23 oktyabr
 
A qrupu
 
23:45. Mançester Yunayted (İngiltərə) – Real Sosyedad (İspaniya)
23:45. Bayer (Leverkuzen, Almaniya) – Şaxtyor (Donetsk, Ukrayna)
 
B qrupu
 
23:45. Real (İspaniya) – Yuventus (İtaliya)
23:45. Qalatasaray (Türkiyə) – Kopenhagen (Danimarka)
 
C qrupu
 
23:45. Anderlext (Belçika) – PSJ (Fransa)
23:45. Benfika (Portuqaliya) – Olimpiakos (Yunanıstan)
 
D qrupu
 
21:00. CSKA (Moskva, Rusiya) – Mançester Siti (İngiltərə)
23:45. Bavariya (Almaniya) – Viktoriya (Çexiya)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp