Noyabrın 15-də Azərbaycan milli komandası ilə Estoniya yığması arasında keçiriləcək yoldaşlıq oyununun başlanma vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Tallinn şəhərindəki "A. Le Coq Arena"da təşkil olunacaq Estoniya – Azərbaycan yoldaşlıq görüşü yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə 20:45) başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp