Bu gün Azərbaycan kuboku uğrunda yarışlara start veriləcək. Futbolinfo.az xəbər verir ki, I Divizionun 8 komandasının qatılacağı 1/16 final mərhələsinin oyunları ilə sayca 22-ci kubok mövsümü başlayacaq.
 
Bu komandalardan 7-si əvvəllər də ölkə kubokunda çıxış edib. “Mil-Muğan” isə yeni yarandığından bu yarışın debütantlarıdır. 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək 145 klub çıxış edib. “Mil-Muğan” klubu da nəzərə alınmaqla iştirakçıların ümumi sayı 146-ya çatacaq. 1/16 finalın iştirakçılarından ikisi – MOİK və “Şahdağ” isə digər klublarla müqayisədə zəngin kubok təcrübəsinə malikdir. Onların hər ikisi kubokda keçirdiyi oyunların sayı ilə seçilir. Belə ki, yarışda ən çox oyun keçirən 10 komanda sırasında MOİK-lə “Şahdağ”ın da adı var.
 
Lakin bu komandalar çox oynadığı yarışda ciddi uğur qazanmayıb. Hər 2 komanda üçün ən böyük uğur 1/4 finaldır. Bakılılar 5, Qusar təmsilçisi isə 2 dəfə bunu bacarıb. (PFL)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp