“Atletiko”nun qapıçısı Tibo Kurtua özünü dünyanın ən yaxşı qolkiperlərindən biri sayır. Futbolinfo.az xəbər verir ki, Madrid klubunun “çərçivə” qoruyucusu Belçika yığmasının növbəti matçından sonra bunları deyib:
“Hazırda cox yaxşı formadayam. Hesab edirəm ki, dünyanın ən güclü 5 qolkiperindən biriyəm. “Atletiko”da oynadiğım zaman xeyli irəliləyişə nail olmuşam. Reaksiyamı, cəldliyimi təkmilləşdirib komandada böyük təcrübə əldə etmişəm. Bu klubda cıxış etmək mənə böyük zövq verir”.