Super Kubok üçün Naxcıvana yola düşən jurnalistlər artıq adı çəkilən bölgədədi. Futbolinfo.az xəbər verir ki, Heydər Əliyev adına hava limanından 9:00-da yola düşməli olan qələm əhli bir az geçikmə ilə səfərə çıxıb.
 
1 saatlıq uçusdan sonra Muxtar Respublikaya çatan mətbuat nümayəndələrinin ilk gəzinti yeri Duzdağ olub. Müalicəvi mağaraya səyahət edən jurnalistlər daha sonra nahar ediblər.
 
Hazırda hər kəs 15:00-da startı veriləcək Super Kubok matçını gözləyir. Qeyd edək ki, qənimət uğrunda “Neftçi” və “Xəzər Lənkəran” klubları mübarizə aparacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp