“Xəzər Lənkəran” və “Bakı”ın sabiq yarımmüdafiəçisi Junior Osvaldo karyerasını yenidən Azərbaycanda davam etdirə bilərmiş. Futbolinfo.az xəbər verir ki, o, bir müddət öncə AZAL-a baxışa gəlib.
 
Yığmamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki oyunları ilə əlaqədar yaranan fasilə dönəmində braziliyalı futbolçu “təyyarəçilər”in düşərgəsində olub. Vaqif Sadıqov hətta bu futbolçunu həmin ərəfədə keçirilmiş “Qarabağ”la yoxlama görüşündə də sınaqdan keçirib. Lakin Juninyonun AZAL-a keçidi baş tutmayıb.
 
Əldə etdiyimiz məlumata görə, bu keçidin reallaşmamasına tərəflərin maliyyə məsələsində anlaşa bilməmələri səbəb olub.paytaxt klubunun çalışdırıcısı Vaqif Sadıqov saytımıza açıqlamasında bunu təkzib edib:
 
“Juninyonun getməsinə səbəb maliyyə məsəsləsi deyil. Mən ona daha 1 həftə qalmağı təklif etdim. O isə bunu qəbul etmədi. Belədə yollarımızı ayırdıq. Halbuki, qalsaydı, özünü göstərə bilsəydi, müqavilə bağlaya bilərdik”.
 
Qeyd edək ki, Junior Osvaldo təxminən iki ilə yaxındı zədə səbəbindən futbol oynamır. Bu üzdən də azad agentdi. Onun 2007-2011-ci illər aralığında “Xəzər Lənkəran”da, ardından isə 2012-ci ilə qədər “Bakı”da çıxış etdiyini də xatırladaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp